ABŞ KXDR-ilə münaqişənin hərbi yolla həllini istisna etmir

FILE - In this Feb. 20, 2017, file photo, Army Lt. Gen. H.R. McMaster listens as President Donald Trump makes the announcement at Trump's Mar-a-Lago estate in Palm Beach, Fla., that McMaster will be the new national security adviser. McMaster on Sunday, April 9, 2017, left open the possibility of future U.S. military action against Syria speaking in his first televised interview but indicated that American forces would not act unilaterally to oust Syrian President Bashar Assad. (AP Photo/Susan Walsh, File)

ABŞ-da Koreya Xalq Demokratik Respublikası ilə münaqişənin hərbi yolla həllini istisna etmirlər.

Abzas.net xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmester jurnalistlər üçün keçirdiyi konfransda bildirib.

O, bildirib ki, əvvəl olduğu kimi Şimali Koreya məsələsinin hərbi yolla həlli məsələsi gündəmdədir. Amma ABŞ bu seçimdən istifadə etmək istəməzdi və Birləşmiş Ştatlarda bütün mümkün diplomatik və iqtisadi vasitələrdən istifadə etməyə üstünlük verirlər.

“Biz bütün diplomatik və iqtisadi vasitələrdən fəal şəkildə istifadə edirik. Dediyimiz kimi, sanksiyalar təsir etməyə başlayıb. Bunun üçün zaman lazımdır. Biz diplomatik yanaşmalarımızla seçimlərin tükənməsinə yaxınlaşmışıq. Hərb yolu əvvəlki kimi seçimdir, amma biz ondan istifadə etmək istəməzdik”, – deyə o, jurnalistlərin əgər sanksiyalar və diplomatik yolla təzyiqlər Pxenyana kifayət qədər effektiv təsir etməsə, ABŞ və dünya ictimaiyyəti nə edəcək sualını cavablandırarkən deyib.

“Report” RİA “Novosti”yə istinadən