“Sovetski”-də yeni yolların açılışı olub

“Sovetski”-də yeni yolların açılışı olub
9 Avqust 2017
Mətni dəyiş

Prezident İlham Əliyev Bakının Yasamal rayonunun keçmiş “Sovetski” ərazisində Statistika dairəsi, Nəriman Nərimanov prospekti və Abdulla Şaiq küçəsinin açılışında iştirak edib.

Abzas.net xəbər verir ki, 2016-cı ilin avqustundan icrasına başlanan layihəyə uyğun olaraq 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması həyata keçirilib. Ümumi uzunluğu 7 kilometrdən çox olan Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması artıq yekunlaşıb. Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb. Abdulla Şaiq küçəsi isə 3 hərəkət zolağından ibarətdir. Layihə çərçivəsində 169 yol nişanı quraşdırılıb.

Bu barədə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov İlham Əliyevə Bakı şəhərinin keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması” layihəsi çərçivəsində görülən işlərə dair ətraflı məlumat verərkən bildirib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun