“Real Madrid” Zineddin Zidanla yeni müqavilə imzalayacaq

“Real Madrid” Zineddin Zidanla yeni müqavilə imzalayacaq
12 Avqust 2017
Mətni dəyiş

İspaniyanın “Real Madrid” klubu əsas komandanın baş məşqçisi Zineddin Zidanla yeni müqavilə imzalayacaq. 

“Report” xəbər verir ki, bunu "AS" nəşri yazıb.

Məlumata görə, 45 yaşlı mütəxəssislə 3 illik saziş imzalanacaq və onun illik əmək haqqı 4,35 milyondan 8 milyon avroya qaldırılacaq.

Qeyd edək ki, Z.Zidan 2016-cı il yanvarın 4-də “Real Madrid”in baş məşqçisi təyin olunub. Paytaxt təmsilçisi onun rəhbərliyi altında ardıcıl 2 dəfə Çempionlar Liqasını qazanmaqla yanaşı, klublararası dünya çempionatının, UEFA Superkuboku və İspaniya çempionatının qalibi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun