Müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak üçün Bakıya gələn qız yoxa çıxıb

Müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak üçün Bakıya gələn qız yoxa çıxıb
28 Avqust 2017
Mətni dəyiş

Lənkəran sakini Bakıda itkin düşüb.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Lənkəran rayon sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Məlumata görə, Ş. Abbasova müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak etmək üçün avqustun 24-də Bakı şəhərinə gəlib və həmin gündən yoxa çıxıb.

Daxil olan məlumat əsasında axtarışlara başlanıb.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun