Mbappe 180 milyon avroya “PSJ”-yə keçə bilər

Mbappe 180 milyon avroya “PSJ”-yə keçə bilər
28 Avqust 2017
Mətni dəyiş

“Monako”nun hücumçusu Kilian Mbappe Fransanın “PSJ” klubuna  keçməyə yaxındı.

APA-nın BFM TV-yə istinadən verdiyi xəbərə görə, klublar arasında 18 yaşlı futbolçunun transferinə dair razılıq əldə olunub.

Paris klubu futbolçunun transferi üçün “Monako”ya 180 milyon avro ödəməlidir.

Müqavilə imzalandıqdan sonra K.Mbappe braziliyalı Neymardan sonra futbol tarixində ikinci ən bahalı futbolçu ola bilər.

“yay transfer "pəncərə"si avqustun 31-də bağlanacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun