İlham Əliyev Mingəçevirdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 9.5 milyon manat ayırıb

İlham Əliyev Mingəçevirdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 9.5 milyon manat ayırıb
29 Avqust 2017
Mətni dəyiş

Prezident İlham Əliyev Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə 9.5 milyon manat ayırılması barədə sərəncam imzalayıb.

Abzas.net xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat verib.

"Mingəçevir şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, əhalinin içməli su ilə fasiləsiz təmin olunması məqsədilə həyata keçirilən şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin növbəti mərhələsi olaraq, həcmi 10000 kubmetr olan bir ədəd su anbarının tikintisinin tamamlanması, diametrləri 110-225 mm, uzunluğu 21,5 km olan paylayıcı su şəbəkəsinin, diametri 200-500 mm, uzunluğu 5,3 km olan kanalizasiya şəbəkəsinin, diametri 630-800 mm, uzunluğu 4,5 km olan magistral kanalizasiya kollektorunun tikintisi və ilkin mərhələdə görülmüş işlər nəticəsində sökülmüş 42200 kvadratmetr asfalt örtüyünün bərpası zərurəti yaranıb", - deyə, məlumatda bildirilir.

"Bu səbəblə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 9,5 milyon (doqquz milyon beş yüz min) manat ayrılsın", - sərəncamda qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun