Gözəl Bayramlının apellyasiya şikayətinə baxılıb

Gözəl Bayramlının apellyasiya şikayətinə baxılıb
23 Avqust 2017
Mətni dəyiş

Mayın 23-ü Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının barəsində seçilən həbs qətimkan tədbirinin uzadılması barədə məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Abzas.net xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, G.Bayramlının apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana keçərkən sərhəd keçid məntəqəsində saxlanılıb. Daha sonra, Dövlət Sərhəd Xidməti məlumat yayıb ki, onun sumkasına baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları aşkar edilərək götürülüb.

Mayın 26-sı Səbail rayon məhkəməsinin qərarı ilə, onun haqqında 3 ay həbs qətimkan tədbiri seçilib. Gözel Bayramlı və AXCP ittihamları qəbul etmir və bildirirlər ki, bu iş quramadır və bir-başa Azərbaycan Xalq Cəbhəsinə qarşı təzyiq üsuludur. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun