"Boko Haram bu il 83 uşağı canlı bomba kimi istifadə edib" - UNİCEF

"Boko Haram bu il 83 uşağı canlı bomba kimi istifadə edib" - UNİCEF
23 Avqust 2017
Mətni dəyiş

Birləşmiş Millətlər Təşkilatı, Nigeriyanın şimal-şərqində Boko Haram qiyamçılarının canlı bomba kimi istifadə etdiyi uşaq sayında böyük artım olduğunu bildirib.

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNICEF) verdiyi açıqlamaya görə, təkcə 2017-ci ildə 83 uşaq canlı bomba kimi istifadə edilib. Bu rəqəm, 2016-cı ildəki rəqəmdən dörd dəfədən çoxdur. Qurbanların 55-i 15 yaşınadək qızlar olub, hətta bir qızın qucağındakı körpəyə də bomba bağlanıb. UNICEF Boko Haram-ın bu taktikasını qəddarlıq kimi təsvir edib və əlavə edib ki, bu uşaqlar cinayətkar deyil, zərərçəkmişlərdir. BMT, həmçinin Nigeriyanın şimal-şərqində 2014-cü ildən etibarən 127 uşağın canlı bomba kimi istifadə edildiyini açıqlayıb. İslamçı Boko Haram təşkilatı bundan əvvəl məktəbli qızları qaçırıb, oğlanları isə hərbi xidmətə məcbur edib. Ölkənin şimal-şərqindəki münaqişələr nəticəsində 1,7 milyon insan evlərini tərk etməli olub. Bu il bölgəyə təsir edən quraqlığa görə 450 min uşağın qidalanma şərtləri ciddi şəkildə çatışmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun