Azərbaycandan gəmi ilə səyahət edənlərin sayı artıb

Azərbaycandan gəmi ilə səyahət edənlərin sayı artıb
14 Avqust 2017
Mətni dəyiş

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin onlayn bilet xidmətindən bu ilin yanvar-iyul ayları ərzində 348 nəfər istifadə edib. Alınan biletlərin 169-u ikitərəfli olub.

Ümumiyyətlə, onlayn bilet satışı sisteminin işə düşdüyü dövrdən indiyədək 456 bilet satılıb. Bu biletlərdən 244-ü ikitərəfli alınıb.

Qeyd edək ki, Gəmiçilikdə onlayn bilet satışı sistemi 2016-cı ilin sentyabrından tətbiq edilir.

Onlayn bilet sifarişi edənlərin əksəriyyəti Türkiyə vətəndaşlarıdır. Gediş-gəlişin ən çox müşahidə olunduğu istiqamətlər isə Aktau-Ələt, Ələt-Aktaudur. Son günlər Avropa ölkələrindən də bilet sifarişinə maraq artıb.

Elektron bilet xidməti ölkədən keçən beynəlxalq nəqliyyat marşrutlarına cəlbediciliyin yüksəldilməsi, müasir İKT-dən istifadə ilə yük və sərnişin daşımalarında sənədləşmənin sadələşdirilməsi və operativliyin artırılması məqsədi ilə gerçəkləşdirilir.

Xatırladaq ki, xidmətdən yararlanmaq üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin internet saytında (https://public.acsc.az/online/payment/index/az) onlayn ödəniş üçün müvafiq xanalar doldurulmalıdır. "Ro-Ro" və bərə gəmiləri ilə müxtəlif tipli avtomobillərin və sərnişinlərin daşınması sifarişini aşağıdakı internet ünvana daxil olmaqla etmək mümküdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun