Vasif Talıbov Naxçıvan daxili işlər nazirini vəzifədən uzaqlaşdırdı

Vasif Talıbov Naxçıvan daxili işlər nazirini vəzifədən uzaqlaşdırdı
29 İyul 2017
Mətni dəyiş

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Əhməd Əhmədov vəzifəsindən azad edilib.

Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 28 iyul 2017-ci il tarixli sərəncamında deyilir.

Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Əhməd Əhmədovu vəzifədən kənarlaşdırıb:

''Əhməd Hüseyn oğlu Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun