Özbəkistanda abiturientlər üçün dualar dərc olunub

Özbəkistanda abiturientlər üçün dualar dərc olunub
21 İyul 2017
Mətni dəyiş

Özbəkistanda abiturientlərin imtahan öncəsi oxuması üçün dualar dəec olunub.

Abzas.net xəbər verir ki, Özbəkistanda müsəlmanların dini idarəsi öz saytında abiturientlər üçün 3 dua yayıb.

Bu dualar savad, ünsiyyət bacarığı və uğur üçün nəzərdə tutulub.

"Dualar inamı artır, abiturientlərə və onların yaxınlarına sakitçilik və rahatçılıq gətirir" - deyə, idarənin mətbuat xidməti qeyd edib.

Birinci dua imtahanın uğurla yekunlaşmasını xahiş edir.

İkinci dua abiturientin ünsiyyət bacarığının inkişaf etdirilməsi üçün nəzərdə tutulub:

"Allahım! Ürəyimi sənə açmağıma şərait yarat. İşimi asanlaşdır. Dilimdəki düyünü aç ki, hər kəs dediklərimi başa düşsün."

Son dua isə "bilmək və anlamaq" bacarığını inkişaf etdirir.

Bununla belə dini idarə abiturientlərəyalnız dualara arxayın olmamağı tövsiyə edərək, imtahana yaxşı hazırlaşmaqla uğur əldə edə biləcəklərini qeyd edib.

     

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun