MTN polkovniki 12 il müddətinə azadlıqdan məhrum edilib

MTN polkovniki 12 il müddətinə azadlıqdan məhrum edilib
10 İyul 2017
Mətni dəyiş
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V. Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardan çıxarıb. Hökmə görə, V. Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib. Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib. Məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarıb və həmin qərarın surətinin icra olunması üçün prokurorluğa göndərilməsinə qərar verib. V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunur. MTN polkovnikinə hökm oxunub, rütbəsi əlindən alınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun