Gömrük Komitəsi bu il dövlət büdcəsinə 1,15 mlrd. manat köçürüb

Gömrük Komitəsi bu il dövlət büdcəsinə 1,15 mlrd. manat köçürüb
10 İyul 2017
Mətni dəyiş
Bu ilin ilk 6 ayı ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 mlrd. 148 mln. 556,79 min manat daxil olub. Abzas.net xəbər verir ki, bu barədə komitənin açıqladığı statistikada məlumat verilib. Gömrük daxilolmaları ötən ilin analoji dövrü ilə müqayisədə 153 mln. 177,52 min manat və ya 15,39% artıb. Bu ilin ilk yarısı ərzində gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 312 mln. 237,89 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 788 mln. 440,53 min manat, aksizlər üzrə 32 mln. 716,77 min manat, yol vergisi üzrə isə 15 mln. 161,60 manat təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun