DİM müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradıb

DİM müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası yaradıb
5 İyul 2017
Mətni dəyiş

İyulun 6-dan etibarən rezidenturaya qəbul imtahanının II mərhələsini protokollarının və cavab kartlarının emalı aparılacaq.

Bu barədə “Report”a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Məlumata görə, bu gün keçirilən imtahanların nəticələrinin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi) ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Apelyasiya Komissiyası Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 (Bakı Asiya Universitetinin binasında) ünvanında fəaliyyət göstərəcək. Namizədlər Apelyasiya Komissiyasına 6-8 iyul saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun