Bakı metrosu yay qrafikinə keçib

Bakı metrosu yay qrafikinə keçib
10 İyul 2017
Mətni dəyiş
10 iyul tarixindən etibarən "Bakı Metropoliteni" QSC yay mövsümünün başlanması ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edib. Abzas.net xəbər verir ki, yeni qrafikə əsasən, gur saatlarda "Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər və əks istiqamətdə qatarlararası interval 2,5 dəqiqə, qalan vaxtlarda isə 3 dəqiqədir. Gur hərəkət səhər saat 8-dən 10-a, axşam isə 6-dan 9-un yarısına qədərdir. Yalnız gecə saatlarına yaxın və qeyri-iş günləri hərəkət fərqli intervalla təşkil edilir. Yay qrafiki yeni tədris mövsümünə qədər qüvvədə olacaq. Metropolitendə iki xətt olsa da, qatarlar yolun əsas hissəsini bir xətt üzrə qət edir. Buna görə də, "28 May" stansiyasından sonra hərəkət zamanı həm "İçərişəhər", həm də "Dərnəgül" stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə uzaqlıqda olmaqla hərəkət edir.  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun