AFFA-nın baş katibi UEFA-da İdarə Heyətinə üzv seçilib

AFFA-nın baş katibi UEFA-da İdarə Heyətinə üzv seçilib
6 İyul 2017
Mətni dəyiş
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov UEFA-nın Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinə üzv seçilib. Abzas.net qurumun rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın Uşaq Fondu uşaqların sağlam həyat tərzinə yönləndirilməsi, uşaq futbolu və digər çoxsaylı layihələr həyata keçirir. UEFA-nın Uşaq Fonduna Avropa Komissiyasının sabiq prezidenti Joze Manuel Barrozo rəhbərlik edir. Fond 2015-ci il aprelin 24-də fəaliyyətə başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun