"Ədalət Yürüşü"nü qət edən ayaqqabı muzeydə sərgilənəcək

"Ədalət Yürüşü"nü qət edən ayaqqabı muzeydə sərgilənəcək
18 İyul 2017
Mətni dəyiş

CHP lideri Kemal Kılıçdaroğlunun "Ədalət Yürüşü"ndə geydiyi ayaqqabılar muzeydə sərgilənəcək.

Abzas.net xəbər verir ki, Kılıçdaroğlunun 15 iyunda Ankarada Güvənparkda başlattığı və 9 iyulda İstanbulda Maltəpədə böyük bir mitinqlə sonlandırdığı tarixi "Ədalət Yürüşü" zamanı geydiyi ayaqqabılar muzeydə sərgilənəcək.

Bu ayaqqabıların bir cütünü Koç muzeyi istədi. Kılıçdaroğlu da öz növbəsində muzeyə idman ayaqqabılarını göndərdi.

Tarixi yürüşü gerçəkləşdirən ayaqqabılar bundan sonra İstanbuldakı Koç muzeyində sərgilənəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun