TIME Navalnını internetdə ən nüfuzlu 25 nəfərdən biri elan edib

TIME Navalnını internetdə ən nüfuzlu 25 nəfərdən biri elan edib
27 İyun 2017
Mətni dəyiş
Aleksey Navalnı Time jurnalı tərəfindən düzəldilən siyahıda, internetdə ən nüfuzlu 25 nəfərdən biri olub.
Abzas.net xəbər verir ki, jurnalistlərin qiymətləndirməsinə görə, korrupsiyaya qarşı mübarizə Fondunun təsisçisi olan Navalnı hökümətin vəzifəli şəxslərinin cinayətlərini ifşa etdiyi Youtube kanalında daha çox izlənilir.
Navalnı-nın şəklinin altına mətn yerləşdirən jurnal qeyd edib ki, mətbuatın hökümətin nəzarəti altında olduğu ölkədə, Rusiya muxalifətinin aktivisti Kremlin informasiya blokadasını yarmaq üçün "Youtube"dan istifadə edib.
"Time"ın siyahısında Navalnıdan əlavə cəmi bir siyasətçi düşüb - Donald Trump.
Bundan əlavə siyahıda olan bəzi məşhurlar:
  • twitterdə və instagramda 20 million izləyicisi olan amerikalı model və teleaparıcı Krissi Teygen
  • hökümət qüvvələri tərəfindən blokadaya alınmış şərqi Hələbdən sosial şəbəkələrdə məktublar yazan suriyalı qız Bana Alabed
  • Harri Potter kitablarının müəllifi, Amerika prezidenti Trampı və Böyük Britaniyanın Müstəqillik Partiyasının lideri Naycel Faracı kəskin tənqid edən yazıçı Coan Roulinq
  • müğənnilər Rihanna və Keti Perri
  • realiti-şounun iştirakçısı Kim Kardaşyan
  • qurbağa Pepenin müəllifi Mett Fyuri

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun