Təhsil və Məşğulluq üzrə Daimi Şuranın vəzifələri açıqlanıb

Təhsil və Məşğulluq üzrə Daimi Şuranın vəzifələri açıqlanıb
30 İyun 2017
Mətni dəyiş
Təhsil Nazirliyi yanında Təhsil və Məşğulluq üzrə Daimi Şura təhsilin bütün pillələrini əhatə edəcək.
“Təhsil və Məşğulluq” üzrə Daimi Şuranın rəhbəri Famil Mustafayev APA-ya bildirib ki, burada məqsəd təhsilin məşğulluqla əlaqələrinin daimi nəzarətdə olması, bu prosesdə gələcək əmək bazarına istiqamətlənən təhsilin qurulmasıdır. Bunun çox vacib məsələ olduğunu deyən şura rəhbərinin sözlərinə görə, dünyada gedən inkişaf tendensiyaları onu göstərir ki, hətta ali təhsildə də verilən ixtisasların qısa müddətdə köhnəlməsi prosesi sürətlə artır: “Buna görə də yeni ixtisaslara ehtiyac yaranır ki, bunları vaxtında müəyyən etməli, qabaqcadan hansı yeni ixtisasların Azərbaycan üçün vacib olduğunu müəyyənləşdirməliyik. Daimi Şuranın tərkibinə kifayət qədər kreativ düşünən, yeni ideyalarla çıxış edə bilən insanlar dəvət olunub. Burada təkcə Təhsil Nazirliyinin deyil, digər aidiyyəti olan dövlət qurumlarının, Sahibkarlar və Həmkarlar İttifaqları Konfederasiyalarının, özəl sektor üzrə iri təşkilatların nümayəndələrinin, müstəqil ekspertlərin iştirakı nəzərdə tutulub. Bununla da əmək bazarının nəbzini tutmaqla, bu sahədə müasir çağırışlara cavab verə bilən iş qurulmalıdır. Yaxın zamanlarda ilk iclasımız keçiriləcək və aparılan müzakirələrin nəticəsi olaraq müvafiq təkliflər Təhsil Nazirliyinə təqdim ediləcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun