Sumqayıt xəstəxanasına infeksiya ilə bağlı daha 2 nəfər müraciət edib

Sumqayıt xəstəxanasına infeksiya ilə bağlı daha 2 nəfər müraciət edib
14 İyun 2017
Mətni dəyiş
Sumqayıt Şəhər Səhiyyə şöbəsi deyir ki, çərşənbə axşamı gecə saatlarından bəri xəstəxanaya "cəmi 2 nəfər" müraciət edib.
Şöbə müdiri Nəriman Baxşəliyev çərşənbə günü BBC Azərbaycancaya deyib ki, hazırda 13 nəfər xəstəxanadan evə buraxılıb.
"17 uşaq müalicə olunur. Vəziyyətləri yüngüldür", şöbə müdiri bildirib.
Ötən həftə sonundan Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan 100-dən çox uşaq xəstəxanaya gətirilib.
BBC Azərbaycancaya danışan sakinlər deyiblər ki, uşaqlarda, yeniyetmələrdə və böyüklərdə halsızlıq, ishal, ürəkbulanma və yüksək temperatur müşahidə olunub.
Bazar ertəsi Səhiyyə Nazirliyi deyib ki, 4 gün ərzində 136 uşaqda infeksiya əlamətləri baş verib.
Nazirlik Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan onlarla uşaqda Rotavirus infeksiyası aşkar edildiyini bildirib.
Valideynlər içməli suyu ittiham etsələr də Azərsu Açıq Səhmdar Cəmiyyəti uşaqlarda mədə-bağırsaq infeksiyasının səbəbinin "su olmadığını" bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun