Rus hakerlər britaniyalı məmurların parollarını oğurlayıb

Rus hakerlər britaniyalı məmurların parollarını oğurlayıb
23 İyun 2017
Mətni dəyiş
Hakerlər internetdə Böyük Britaniya dövlət məmurlarının parollarını satır və mübadilə edirlər.
Bu haqda “The Times” qəzeti məlumat yayıb.
Qəzet bildirir ki, hakerlər nazirlərə, parlamentarlara, hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşlarına məxsus elektron poçt ünvanlarını və parolları ələ keçiriblər. Bu məlumatlar rusdilli haker resurslarından birində yerləşdirilib. “İki böyük siyahıda min parlamentarın və parlament əməkdaşının, 7 min polis məmurunun və XİN-in mindən çox əməkdaşının oğurlanmış məlumatları var”, - deyə qəzetin xəbərində bildirilir. Qurbanlar sırasında təhsil naziri Castina Qrininq, biznes işləri üzrə nazir Qreq Klark da var.
"The Times" hakerlərin "LinkedIn", "MySpace" və digər sosial şəbəkələrdən şəxsi məlumatları oğurladıqlarını yazıb. Hadisədən sonra Böyük Britaniya Milli Kibertəhlükəsizlik Mərkəzi məlumatların müdafiəsi ilə bağlı tələblərini yeniləyəcəyini açıqlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun