İstintaq idarəsində müstəntiq Xədicə İsmayılla nəyin davasın aparıb?

İstintaq idarəsində müstəntiq Xədicə İsmayılla nəyin davasın aparıb?
20 İyun 2017
Mətni dəyiş
Araşdırmaçı jurnalist Xədicə İsmayıl iyunun 19-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
Abzas.net xəbər verir ki, X.İsmayıl jurnalist Əfqan Muxtarlının işi üzrə ifadə verib. Araşdırmaçı jurnalisti müstəntiq Əli Babayev dindirib.
Jurnalistin sözlərinə görə, ona Əfqan Muxtarlını hardan tanıması, onun nə işlə məşğul olması, “MeydanTV”-nin hardan pul alması, jurnalist İlqar Vəliyevlə tanışlığı və digər suallar verilib:
"Müstəntiq bu tipli suallar verirdi ki, “bizə məlumdur, Əfqan Muxtarlı filan işləri görüb, sən ona bu haqda tapşırıqlar vermisənmi?” Mənə iltizama qol çəkdirərkən qeyd yazdım ki, “mənə sirr hesab olunan məlumatlar verməyin, çünki sirr saxlaya bilmirəm".
Xədicə İsmayıl bildirib ki, dindirmənin son saat yarımını istintaq sirrinin qorunması ilə bağlı iltizamda onun qeydinin "davasına" sərf ediblər.
"Axırda dindirmə protokolunun sonuna “ən xoş arzularla” qeydimə görə bir yarım saat da bunun davası getdi. Başqa heç bir problem olmadı”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun