Haaqa Məhkəməsinin hakiminə Türkiyədə həbs cəzası kəsilib

Haaqa Məhkəməsinin hakiminə Türkiyədə həbs cəzası kəsilib
16 İyun 2017
Mətni dəyiş
Türkiyə məhkəməsi BMT-nin Haaqadakı beynəlxalq məhkəməsinin hakimi Aydın Sefa Akay-ı 7 il yarım həbs cəzasına məhkum edib.
"Anadolu” agentliyinin məlumatına görə, qərar iyunun 14-də Ankara məhkəməsində çıxarılıb.
O, hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fətullah Gülen hərəkatının üzvü olmaqda təqsirli bilinib.
Türkiyə hakimiyyəti Fətullah Güleni 2016-cı il 15 iyul qiyam cəhdinin əsas təşkilatçısı hesab edir. Aydın Sefa Akay ötən ilin sentyabrında həbs olunub.
Haaqa məhkəməsi onun həbsi və mühakimə olunmasını beynəlxalq hüququn pozulması hesab edir. Akayın diplomat toxunulmazlığı var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun