Bankların 30%-i internet bankçılıq xidmətlərinə təsir edən təhlükəsizlik problemi yaşayıb

Bankların 30%-i internet bankçılıq xidmətlərinə təsir edən təhlükəsizlik problemi yaşayıb
28 İyun 2017
Mətni dəyiş
Bakı. 28 iyun. REPORT.AZ/ Ötən il bankların 30%-i internet bankçılıq xidmətlərinə təsir edən təhlükəsizlik problemi yaşayıb.
"Report" bu barədə "Kaspersky Lab"ın maliyyə qurumlarında təhlükəsizlik riskləri anketinin nəticələrinə əsasən xəbər verir.
Buna səbəb olan əsas faktorlar müştərilərə qarşı hazırlanan kimliyin təsdiqi hücumları və müştəri məlumatlarının fırıldaqçılıq məqsədilə istifadəsidir.
Məlumata əsasən, bankların 24%-i rəqəmsal və online bankçılıq xidmətlərini reallaşdırarkən müştərilərinin kimliklərini təsdiq etməkdə çətinlik çəkir.
"Kaspersky Lab" şirkətinin Fırıldaqçılığın qarşısının alınması şöbəsinin rəhbəri Aleksandr Yermakoviç rəqəmsal və mobil kanalların təhlükəsizliyini təmin etmək üçün fərqli yollar düşünən bankların təbii olaraq müştərilərin üzərinə çox yük qoymaq istəmədiklərini deyib: "Online bankçılıq maliyyə işlərini saniyələr içində reallaşdırmağı təmin etməlidir. Bu onun əsas faydalarından biridir. Bu səbəbdən də yeni təhlükəsizlik addımları əlavə etmədən bankları qoruyacaq yeni texnologiyalar üzərində işləyirik".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun