Azərbaycan boksçusu Avropa çempionatının finalına yüksəlib

Azərbaycan boksçusu Avropa çempionatının finalına yüksəlib
24 İyun 2017
Mətni dəyiş
Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, yarımfinalda mübarizə aparan yeganə təmsilçimiz Kamran Şahsuvarlı bu gün rinqə çıxıb.
75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız macarıstanlı Adam Harcla qarşılaşıb. Görüşü qələbə ilə başa vuran Kamran finala yüksəlib.
Boksçumuzun finaldakı rəqibi ukraynalı Aleksandr Xijnyak olacaq.
Yarışa 10 boksçu ilə qatılan millimizin 5 üzvü 1/4 finala yüksəlməyi bacararaq dünya çempionatında yarışmağa haqq qazanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun