Avstraliyada təyyarə qəzası baş verib - 3 nəfər həlak olub

Avstraliyada təyyarə qəzası baş verib - 3 nəfər həlak olub
28 İyun 2017
Mətni dəyiş
Avstraliyada baş vermiş təyyarə qəzası nəticəsində 3 nəfər həlak olub.
Məlumata görə, Avstraliyanın Moun Gambier şəhəri yaxınlığında kiçik bir təyyarə əkin sahəsinə düşüb. Təyyarədə olan üç nəfər həlak olub. Bu barədə Cənubi Avstraliya polisi yazılı açıqlama verib. Açıqlmaya əsasən Sattontoun bölgəsində təyyarə qəzaya uğrayıb. Qəzanın səbəbi bilinmir. Tarlaya çırpılan təkmühərrikli "Tobago" tipli təyyarədə olan 3 nəfərin həlak olduğu bildirilir. Amma onların şəxsiyyəti barədə məlumat verilmir.
Hadisə ilə bağlı istintaq başlayıb. Qeyd edək ki, bu son iki ay ərzində ikinci təyyarə qəzasıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun