Trump administrasiyası Azərbaycana maliyyə yardımını 90 faiz azaldır

Trump administrasiyası Azərbaycana maliyyə yardımını 90 faiz azaldır
24 May 2017
Mətni dəyiş
ABŞ prezidentinin administrasiyası büdcənin azaldılması ilə bağlı Konqresə tövsiyələrini açıqlayıb.
Tövsiyələrdə qeyd olunur ki, 2018-ci ildə ABŞ-ın Azərbaycana maliyyə yardımı 90 faiz azaldılaraq 1 milyon dollar təşkil etməlidir.
Ermənistana gəldikdə isə azalma 67 faizdir. Yəni, ABŞ-ın bu ölkəyə maliyyə yardımı 20,4 milyon deyil, 6,7 milyon dollar təşkil edəcək.
Trump administrasiyası Gürcüstan və Ukraynaya nəzərdə tutulan maliyyə yardımının azaldılmasında da israrlıdır. Müvafiq tövsiyələrdə Gürcüstana maliyyə yardımın 58 faiz, Ukraynaya isə 70 faiz azaldılması məqsədəuyğun sayılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun