QMİ sədri: “Ramazanda iftardan əvvəl məclislərdə iştirak edən imam və axundlar işdən çıxarılacaq”

QMİ sədri: “Ramazanda iftardan əvvəl məclislərdə iştirak edən imam və axundlar işdən çıxarılacaq”
24 May 2017
Mətni dəyiş
Qafqaz MÜsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə axund və imamlara, ümumiyyətlə, bütün dindarlara Ramazan ayında iftardan əvvəl məclislərdə iştirak etməmək barədə xəbərdarlıq edib.
APA-nın məlumatına görə, Şeyxülislam QMİ-də Ramazan ayının başlanması ilə bağlı keçirilən tədbirdə bildirib ki, heç bir müsəlman din xadimi Ramazan ayında iftardan əvvəl məclislərin iştirakçısı və təşkilatçısı olmamalıdır: “Biz nümunə olmalıyıq. Siz də mənim nümayəndələrimizsiniz. Ona görə belə məsələdə diqqətli olun. Əvvəldən deyirəm ki, biləsiniz, sonra məni tutduğunuz vəzifədən kənarlaşdırmaq barədə qərar vermək məcburiyyətində buraxmayın. Çünki əks halda belə qərar verəcəyəm”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun