Mövlud Mövludun ilk kitabı işıq üzü görüb - təqdimat olacaq

Mövlud Mövludun ilk kitabı işıq üzü görüb - təqdimat olacaq
25 May 2017
Mətni dəyiş
“Çətirsiz”in təqdimatı mayın 27-də olacaq
Mayın 27-də mərhum gənc yazıçı Mövlud Mövludun “Çətirsiz” adlı hekayələr kitabının təqdimatı keçiriləcək.
Saat 12.00-dan 14.00-dək davam edəcək təqdimat mərasimi M.F.Axundov adına Milli Kitabxananın Açıq Kitabxanasında olacaq.
Kitabın satışından əldə olunan gəlir Mövlud Mövludun övladına bağışlanacaq. Kitaba ön sözü prezidentin müşaviri Kamal Abdulla yazıb.
Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından işıq üzü görən “Çətirsiz”in tərtibçisi Kəramət Böyükçöl, redaktoru Ağa Cəfərlidir.
M.Mövlud 1989-cu ildə anadan olub. O, 2017-ci ilin martın 16-da özünü binanın 17-ci mərtəbəsindən ataraq intihar edib. “Çətirsiz” mərhum yazıçının ilk kitabıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun