Kabulda partlayış: azı 49 ölü, 320 yaralı

Kabulda partlayış: azı 49 ölü, 320 yaralı
31 May 2017
Mətni dəyiş
Əfqanıstanın paytaxtı Kabulda güclü partlayış nəticəsində azı 49 nəfər ölüb, 320 nəfərdən çox yaralı var.
Polisin məlumatlarına əsasən, hadisə şəhərin mərkəzi hissəsində xarici səfirliklərin və prezident sarayının yaxınlığında baş verib.
"Partlayıcı qurğu yüklənmiş avtomobil Almaniya səfirliyinin yaxınlığında olub, amma hücumun hədəfinin hansı müəssisəsisə olduğunu demək çətindir", polisin sözçüsü Bəşir Mücahid Reuters agentliyinə deyib.
Кабул
Partlayış elə güclü olub ki, bir neçə yüz metr məsafədə olan evlər zərər görüb.
Sosial şəbəkələrdə paylaşılan fotolarda şəhər üzərində böyük tüstü buludu görünür.
Şəhərin mərkəzi meydanı polis tərəfindən mühasirəyə alınıb.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir təşkilat üzərinə götürməyib, amma son zamanlarda buradakı hücumları ya Taliban, ya da özünü İslam Dövləti (İD) adlandıran qruplaşma edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun