İslam oyunlarında Azərbaycan milli komandası 40-cı qızıl medalı qazanıb

İslam oyunlarında Azərbaycan milli komandası 40-cı qızıl medalı qazanıb
16 May 2017
Mətni dəyiş
Mayın 16-da Azərbaycan idmançıları IV İslam Həmrəyliyi Oyunlarında 40-cı qızıl medalı qazanıblar.
AZƏRTAC xəbər verir ki, 40-cı qızıl medalın sahibi paralimpiyaçı Oloxan Musayev olub. O, kişilər arasında kürəitələmə yarışında (F56 kateqoriyası) birinci olub.
Gümüş və bürünc medalları isə İran təmsilçiləri Alireza Nasseri Qale və Əli Muhammedyarı əldə ediblər.
Prezident İlham Əliyev mayın 11-i IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat; ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat; üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat məbləğində mükafatlandırılacaqlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun