Azərbaycan və Türkiyənin müdafiə sahəsində növbəti əməkdaşlığı

Azərbaycan və Türkiyənin müdafiə sahəsində növbəti əməkdaşlığı
13 May 2017
Mətni dəyiş
İstanbulda Azərbaycan və Türkiyə Müdafiə Sənayesi nazirlikləri müdafiə təyinatlı məmulatların birgə istehsalına dair niyyət protokolu imzalayıblar.
Abzas.net xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin bu gün, mayın 12-də yayılan məlumatında bildirilir.
Protokol Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutu, "Optika-Mexanika", "Cihaz" istehsalat birlikləri ilə Türkiyənin "ASELSAN" və "TUSAŞ" şirkətləri arasında imzalanıb.
Sənəd İstanbulda keçirilən "İDEF-2017" XIII Beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində imzalanıb.
Türkiyənin İstanbul şəhərində mayın 9-dan 12-nə kimi “IDEF-2017” 8-ci beynəlxalq müdafiə sənayesi sərgisi keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun