Əmək müqavilələrinin müddəti dəyişdirilir

Əmək müqavilələrinin müddəti dəyişdirilir
12 May 2017
Mətni dəyiş
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişikliklər layihəsi müzakirə olunub.
Dəyişikliyə əsasən, bundan sonra müddətli əmək müqaviləsi tərəflərin öz aralarında razılaşdırdıqları müddətə bağlanacaq.
Hazırkı qanunvericiliyə görə, əmək müqaviləsinin müddəti 5 ildir.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu, vətəndaşların xeyrinədir: "Çünki müddət əvvəllər 5 illik idi, indi isə tərəflər özləri müddəti təyin edə biləcəklər. Bu gün həm müddətsiz, həm də 5 illik müqavilələr var. Müddətli əmək müqaviləsinin hansı müddətə bağlanmasını artıq tərəflər özləri müəyyən edəcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun