Tailandlı kişi Facebook-da canlı yayımda körpəsini öldürüb

Tailandlı kişi Facebook-da canlı yayımda körpəsini öldürüb
26 Aprel 2017
Mətni dəyiş
Tailandlı kişi özünə qəsd etməmişdən öncə, körpə qızını Facebookda canlı yayım edərək öldürüb, Tailand polisi məlumat yayıb.
21 yaşlı kişi, əvvəlcə qızını, sonra isə özünü bazar ertəsi günü Pxuketdə yerləşən boş oteldə asıb. Deyilənlərə görə o, arvadı ilə mübahisə edibmiş.
Facebook ailəyə dəhşətli insidentlə bağlı başsağlığı verib və bildirib ki, video artıq silinib.
Bu ay Amerikada baş verən bir ölüm hadisəsi saatlarla canlı yayımda qaldıqdan sonra, şirkət, prosesləri nəzarətdə saxlayacağını vəd edib.
Tailandlı kişinin videosuna həmçinin, video saytı olan YouTube-da da baxmaq mümkün idi. Lakin, BBC-nin xəbərdarlığından sonra, şirkət videonu silib.
Sosial media gərginliyi
Qohumları Wuttisan Wongtalay-ın videosunu görər-görməz polisə məlumat versələr də, onlar ata və qızını xilas etmək üçün gecikiblər.
Facebook sözçüsü məruzəsində bildirib: "Bu, dəhşətli bir insidentdir və biz ailəyə dərin hüznlə baş sağlığı veririk. Facebook-da baş verənlərə qətiyyən yer yoxdur və video artıq silinib."
Reuters-in bildirdiyinə əsasən, bazar ertəsi günü yerləşdirilən iki videoyazı, çərşənbə axşamı günü, təxminən 24 saat sonra silinib. Facebook, BBC üçün saatları hələ təsdiqləməyib.
Tailandın Rəqəmsal İqtisadiyyat Nazirliyindən verilən məlumat göstərilir ki, qurum videoların silinməsi ilə bağlı Facebook ilə çərşənbə axşamı günorta saatlarında əlaqə saxlayıb.
Nazirliyin sözçüsü Somsak Khaosuwan Reuters-ə deyib: "Biz Facebook-a qarşı heç bir ittiham edə bilmərik, çünki, Facebook xidmət təminatçısıdır və onlar bizim tələbimiz ilə bağlı öz protokollarına uyğun davrandılar. Onlar çox yaxın əməkdaşlıq göstərdilər."
YouTube isə bildirib ki, onlara BBC tərəfindən video haqqında məlumat verildikdən 15 dəqiqə ərzində, məzmun yığışdırılıb.
Məruzədə yazılıb: "YouTube-un məqbul məzmunlarla bağlı aydın qaydaları mövcuddur və biz, qaydaları pozan videolar haqqında məlumat əldə edər-etməz, onları silirik."
BBC YouTube-a video haqqında məlumat verərkən baxış sayı artıq 2351 idi.
Sosial media istifadəçiləri görüntülərə əsəbi münasibət göstəriblər və körpə qızın ailəsinə baş sağlığı veriblər, BBC Tailand redaktoru Nopporn Wong-Anan deyir.
Uşağın anası və digər qohumlar qızın və atasının cəsədlərini çərşənbə axşamı günü xəstəxanadan çıxarıblar.
ABŞ-dakı ölüm hadisəsindən sonra, Facebook bildirib ki, onlar "dayanmadan Facebook-da təhlükəsiz mühitin təminatı üzrə işləyirlər".
"Biz məruzələri, icmamızın ciddi təhlükəsizlik qaydaları əsasında dəyərləndirir və icmal prosesinin daha sürətli aparılması üzərində işləyirik," şirkətin idarəçilərindən biri bloqunda yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun