Sergey Dovlatovun həyat qaydaları - Esquire jurnalı [tərcümə]

Sergey Dovlatovun həyat qaydaları - Esquire jurnalı [tərcümə]
11 Aprel 2017
Mətni dəyiş
Yazıçı 24 avqust 1990-cı ildə, 48 yaşında Nyu-Yorkta vəfat edib.
“Qadın rus yazıçı üçün üç şey edə bilər. Onu yedirə bilər. Onun dahiliyinə səmimi qəlbdən inana bilər. Və nəhayət, onu sadəcə rahat buraxa bilər. Yeri gəlmişkən, üçüncü  ikinci və birincini istisna etmir”
Mənim peşəm – rus müəllif olmaqdır.
Mən heç də mehriban olmayan ailədə dünyaya gəlmişəm. Məktəbdə babat oxumuşam. Universitetdən atılmışam. Düşərgə mühafizəsində üç il çalışmışam. Çap edə bilməyəcəyim hekayələr yazmışam. Vətənimi tərk etmək məcburiyyətində qalmışam.
Uzun müddət fikirləşmişəm ki,  mənim milli kimliyimi necə formalaşdırmaq olar. Və qərar gəldim ki, mən ixtisasca rusam.
Bütün həyatım boyunca mən hekayələr danışmışam. Onları mən ya hardasa eşitmişəm, ya da özümdən uydurmuşam.
Mən Neva çayı üzərində buza dönmüş hansısa barjı mühafizə etmişəm.  Onun heç bir dəyəri yox idi. Ondan oğurlanması mümkün olan hər şey oğurlanmışdı. Lakin bütün gün 3 nəfər - onlardan ikisi ali təhsilli idi - mühafizədə dayanırdı.
Mənim yazılarımı çap etmirdilər. Mən ədəbi yaradıcılıqla pul qazana bilmirdim. Mən psix oldum, içən oldum. Məni həmişə mənim kimi tanınmamış sərxoş dahilər əhatə edirdi. Lakin mən hekayələrimi hara aparıramsa aparım, ancaq və ancaq tərif eşitmişəm. Heç vaxt heç kim mənim ədəbi fəaliyyətimə şübhə etməyib.
Mən yaşanmış kasıblığa görə təəssüf etmirəm. Heminqueyə inansaq, kasıblıq – yazıçı üçün əvəzedilməz məktəbdir. Maraqlıdır ki, Heminquey bunu varlandıqda başa düşüb.
Mən yazıçı olmaq üçün getdim. Yer kürəsində şübhəli köklərə sahib, mərkəzi avropa dilində danışan insanın özünü təbii hiss edəcəyi yeganə ölkə Amerikadır.
Leninqradda yaşayanda, mən ya “samizdat”, ya da tərcümə oxuyurdum. Və hansısa amerikan romanında qəhramanın bara daxil olub, bar masasına 50 sent atıb martini sifariş edəndə bu mənə elə təbii, elə həqiqi gəlirdi ki… Şekspir kimi!
İndi emiqrasiya haqqında yaşanmış məhrumiyyətlər kimi danışmağı sevirlər. Məni heç kim atmayıb, yerimdən etməyib, göndərməyib. Həyat belə gətirdi. Heç kim məni qandallı əllərlə ora getməyə məcbur etməyib – sadəcə məsləhət görüb.
O zamankı ənənəvi emiqrant variantı - qadın işləyir, kişi isə divanda uzanaraq Loxankin tərzində atmacalar atır, plan qurur və demokratiyanın taleyi haqqında fikirlərə dalır. Mənim bir neçə ay ərzində etdiyim kimi.
Amerikada mən varlı və uğurlu olmadım. Mənim uşaqlarım rusca danışmağa həvəsli deyil. Mən də ingilis dilində danışmaqda həvəsli deyiləm.
Mən zəif insanam,  məndən dözümlü dissident çıxmaz.
Məni faktlar maraqlandırmır, qarışdırıram, yalan danışıram, mənim enerjim yoxdur, bir sözlə, jurnalist deyiləm. Baxmayaraq ki, həyatım boyunca bundan pul qazanmışam. Emiqrasiyada özüm üçün janr yaratdım. Amerikan həyatını bilmədiyim üçün, amerikan mətbuatını haqqında məlumatlı deyildim, amerikan incəsənəti ilə maraqlanmırdım. Və mən Rusiyada “Nəyəsə baxış” adlanan janrı özüm üçün tətbiq etdim.
Rusiyada uğur – birmənalı anlayışdır. Bu anlayış özünə pulu, komfortu, məhşurluğu, mətbuatın müsbət münasibətini, düzgün adam reputasiyasını və s. daxil edir. Amerikada uğur on, on beş dəfə ola bilər. Bazar uğuru var, universitetdə professor olmaq uğuru, tənqidçi uğuru, sıradan xalqda uğur var. Mənimki ingilis dilində “critical acclaim” – tənqidi bəyənmə adlanır.
Rusiyada qədim zamanlardan insan təfəkkürü mərkəzində nə ticarət, nə texnika, nə də din durub. Bu həmişə ədəbiyyat olub.
Özümü yazıçı hesab etməyimə inanmıram. Özümü hekayə danışan hesab edirəm. Yazıçı ciddi problemlərlə məşğuldur – o, insanların nə naminə yaşadığını, necə yaşamalı olduğunu yazır. Hekayətçi isə insanların necə yaşadığından yazır.
Elə insanlar var ki, şəxsi yaradıcılıqları ilə "xaltura" arasında ciddi fərq yoxdur. Məndə isə, görünüşə görə, bununla beynin başqa hissələri məşğuldur. Mən sifarişlə nə isə edəndə, ürəkdən yazmayanda o açıq–aşkar pisdir.
Heç bir ədib könüllü şəkildə özünün yaradıcılıq işlərini saxlamayıb. Dizertirlərin texniki intellektualları arasında onlardan nə qədər istəsəniz var, amma yazıçılar arasında demək olar ki yoxdur.
Mən indi yaşlı oldum, məlum oldu ki, məndən nə Lev Tolstoy, nə Folkner oldum, baxmayaraq ki, yazdıqlarımın hamısı artıq çap olunur. İlk plana qəribə şeylər keçdi: məlum oldu ki, mənim ailəm var və evlilik – bu sadəcə fakt deyil, bu prosesdir. Məlum oldu ki, uşaqlar – kapital qoyluşu deyil, heç alçaldılmış məxluqlar da deyil. Sən, nədənsə, bu allah bilir nə olan ilahi bəndələri, asılılığa və tənqidlərə baxmayaraq nə bahasına olursa olsun normal münasibərlərini saxlamaq şərtilə tərbiyə etmək məcburiyyətindəsən. Ən vacibi bu imiş.
İroniya - ən sevdiyimdir, ən əsası isə aciz insanların yeganə silahıdır.
Rus yazıçılardan əlbəttə ki, danılmaz uğur qazananı bircə İosif Brodski olmuşdur. Geri qalanlar bir qayda olaraq, yalan deyir.
Xaricdəki rus yazıçıları nadirən xarici tematikaya keçiblər. Hətta Nabukovun belə rus personajları – canlı, xarici personajları isə şərti-dekorativdir.  Onda yeganə canlı xarici – Lolitadır, o belə xarakterinə görə əsl rus xanımıdır.
Mən başa düşdüm ki, mən heç vaxt Amerikadan yazmayacağam, ingilis dilinə keçməyəcəyəm.
Qadın rus yazıçı üçün üç şey edə bilər. Onu yedirə bilər. Onun dahiliyinə səmimi qəlbdən inana bilər. Və nəhayət, onu sadəcə rahat buraxa bilər. Yeri gəlmişkən, üçüncü  ikinci və birincini istisna etmir.
Həyat qısadır. İnsan yalnızdır. Ümid edirəm ki, bunlar ədəbiyyatla məşğul olmaq üçün kifayət qədər kədərlidir.
Mən uşaqlarım üçün şəxsən yazıram ki,  mənim ölümümdən sonra oxusunlar və başa düşsünlər ki, onların necə qızıl kimi ataları olub. Bax onda, nəhayət,  gecikmiş peşmançılıq göz yaşları sırtıq amerikan gözlərindən axacaq!
Tərcümə: Ulduz
Abzas.net

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun