Rusiyada Putini tənqid edən jurnalist döyülərək öldürülüb

Rusiyada Putini tənqid edən jurnalist döyülərək öldürülüb
20 Aprel 2017
Mətni dəyiş
Jurnalisti döyən şəxslər tapılmayıb
Rusiya hökuməti və prezident Vladimir Putin barədə tənqidi məqalələr yazan jurnalist naməlum şəxslər tərəfindən qəddarcasına döyüldükdən sonra düşdüyü Sankt Peterburq xəstəxanasında vəfat edib.
Məlumatı AzadlıqRadiosu yayıb. Bildirilir ki, “Novı Peterburq” həftəliyinin 73 yaşlı təsisçisi Nikolay Andryuşçenko martın 9-da hücuma məruz qalandan bəri huşunu itirmiş vəziyyətdə olub.
Vəkili döyülməsindən sonra beynində cərrahiyyə əməliyyatı aparıldığını deyib:
“Sonra süni tənəffüs aparatına qoşulmuşdu, lakin son günlər müstəqil olaraq nəfəs ala bilirdi”.
Nəticədə jurnalist koma vəziyyətindən çıxa bilməyib və aprelin 19-da vəfat edib.
Ona hücum edənlər tapılmayıb.
“Novı Peterburq” qəzetinin redaktoru Denis Usov həmkarına edilən hücumu onun şəhərdəki korrupsiya faktlarına aid tənqidi məqalələri ilə əlaqələndirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun