Nikki Haley: Prezident Trump lazım gəldikdə Suriyaya yenidən hücum edəcək

Nikki Haley: Prezident Trump lazım gəldikdə Suriyaya yenidən hücum edəcək
10 Aprel 2017
Mətni dəyiş
ABŞ-ın BMT-dəki səfiri prezident Trump-ın Suriyada əlavə hərbi əməliyyatlara göstəriş verməli olduğunu və onun bu göstərişi verəcəyini deyib.
Səfir Nikki Haley deyib ki, o, burada dayanmayacaq və lazım gəldikdə əlavə işlər görəcək.
CNN telekanalına müsahibəsi zamanı Haley dövlət katibi Rex Tillerson-un Bashar Al-Assad-in hakimiyyətdən getməsinin priorotet olduğuna dair ziddiyyətli fikir söyləyib.
"Asad-in rejimə rəhbərlik etməsi ilə siyasi çıxış yolu tapılması variantlar sırasında deyil. Vəziyyət və onun əməllərinə baxdıqda, Asad-ın rəhbərliyi ilə sülh və sabitlik çətin olacaq" - deyə səfir bildirib.
Tillerson isə Suriyada ABŞ-ın məqsədinin İŞİD-in məğlubiyyəti olduğunu deyib. O bildirib ki, birinci prioritet terror qrupunun məhvidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun