Kuba və Mərakeş diplomatik əlaqələri yenidən təsis edir

Kuba və Mərakeş diplomatik əlaqələri yenidən təsis edir
22 Aprel 2017
Mətni dəyiş
Kuba diplomatiya sahəsində fəaliyyətini davam etdirir.
Sputnik-də yer alan xəbərə görə, 1980-ci ildə kəsilən Kuba və Mərakeş əlaqələri, iki dövlət tərəfindən yenidən başladılır.
İki ölkə arasında diplomatik münasibətlərin yenidən qurulmasını təmin edən razılaşma, Mərakeşin BMT-dəki daimi nümayəndəsi Omar Hilalə ilə Kubalı həmkarı Rodolfo Reyes arasında, New York-dakı BMT Kuba Daimi Təmsilçiliyində imzalanıb.
Radio Haana Cuba-nın məlumatına görə, razılaşma ilə birlikdə iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr də inkişaf etdiriləcək.
Qeyd edək ki, Kuba ilə Mərakeş arasındakı əlaqələr, Kubanın Qərbi Saxaradakı Polisario hərəkətini dəstəkləməsi səbəbiylə kəsilmişdi.
Köhnə ispan müstəmləkəsi olan Qərbi Saxara üzərində həm Mərakeş Krallığı, həm də Polisario suverenlik iddia edir. 1975-ci ildə imzalanan Madrid müqaviləsinə uyğun olaraq, Qərbi Saxaranın bir hissəsi Mərakeşin, digər hissəsi isə Sahravi Ərəb Demokratik Respublikasının idarəsində qalıb.
Mərakeşin bölgənin qismini işğal və ilhaq etməsi beynəlxalq cəmiyyət tərəfindən tanınmır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun