Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan kvota tam dolub

Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan kvota tam dolub
18 Aprel 2017
Mətni dəyiş
Azərbaycandan Həcc ziyarətinə getmək üçün ayrılan 600 nəfərlik kvota tam dolub.
Bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev bildirib.
Onun sözlərinə görə, əgər bundan sonra Həccə getmək üçün əlavə müraciətlər daxil olarsa, bu məsələyə QMİ-də baxılacaq və müvafiq qərar qəbul ediləcək. H.Babayev kvotanın artırılacağını istisna etməyib.
Azərbaycanda bu il Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb. Həcc ziyarəti üçün 600 nəfərlik kvota ayrılıb. Ziyarət üçün vahid qiymət - 3850 dollar müəyyənləşdirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun