Avroviziya və siyasət - Azərbaycanla bağlı da bir neçə hadisə var

Avroviziya və siyasət - Azərbaycanla bağlı da bir neçə hadisə var
20 Aprel 2017
Mətni dəyiş
İnqilab başladan mahnıdan, yarışmada iştirak etmək üçün atışmadan qaçmaq məcburiyyətində qalanlara qədər.
Təhdidlər, mübahisələr, fitə basmalar - tarixi boyunca yarışmanı sarsıdan siyasi skandallar.
1964: Canlı yayında diktaturaya qarşı etiraz
1964-cü ildə Portuqaliya diktator Antoninu De Olviera Salazar (António de Oliveira Salazar), İspaniya isə Fransisko Franko (Francisco Franco) tərəfindən idarə olunurdu. Lakin, Kopenhagendə yarışmanın canlı yayınında işçi kimi geyinmiş şəxs səhnəyə dırmaşanda hər iki diktator bütün avropa kanallarının tamaşaçıları qarşısında yumruq yemiş kimi oldu.
O, üzərində “Franko və Salazara Baykot” yazılmış parçanı açanda, videoprodüsser panikaya qapılaraq təcili görüntünü nəticələrlə dəyişdiyi anda bəziləri səhnədəki adamın üstünə atılaraq ondan plakatı almış, onu səhnədən uzaqlaşdırmışdı.
Tamaşaçıların yazını görüb-görməməsi ilə bağlı heç nə demək mümkün deyil. Çünki, Danimarka radiosunun arxivindəki yanğın bu görüntüləri yox etdi. Buna baxmayaq, hadisə Aftonbladet qəzetinin ilk səhifəsində peyda oldu.
“Danimarka televiziyası dünya skandalının üç saniyəliyində idi. O, insan bir az gec gəlsə, onun etirazı alınsa idi, bütün avropada nümayişlər başlayacaqdı”- deyə qəzetdə yazılmışdı.
1968: İspan sənədli filminə görə “Franko Avroviziyada qələbəni aldı”
1968-ci ildə  ispan müğənni Cliff Richard-ın “Congratilations” mahnısını keçərək Massiel “La la la” mahnısı ilə sensasiya oldu. Lakin 2008-ci ildə çəkilmiş ispan sənədli filminə görə, İspaniyanın qələbəsini o zamankı diktator Fransisko Franko almışdır.
O zaman çarter uçuşlar başlamışdı və general Franko turistləri faşist rejiminin qorxutmayacağına əmin olmaq istəyirdi. Buna görə deyilir ki, diktator ölkənin televiziya rəhbərlərini İspaniyada yayını nəzərdə tutulmayan Avropanın bütün telekanallarını gəzərək televiziya programları almağa və digər ölkələrin iştrakçıları ilə səsləri qarşılığında konsert müqavilələri bağlamağa göndərdi.
“Massielin qalibiyyəti üçün səslərin alındığı ilə bağlı sübutlar var” – sənədli filmin rejissoru Montse Fernandes Villa (Montse Fernández Villa) deyir.
Lakin bu məlumat ciddi qınaqla qarşılandı.
[caption id="attachment_31770" align="alignnone" width="1000"] İspan Franko[/caption]
1974: Avroviziyadakı mahnı inqilaba gətirdi
1974-cü ildə Paulo de Carvalhonun (Paulo de Carvalho) «E depois do adeus» mahnısı ilə Portuqaliya yarışmada sonuncu oldu.  Lakin mahnı iki həftədən sonra Portuqaliyadakı avtoritar rejimi devirən qərənfil inqilabın musiqisinə çevrildi.
«E depois do adeus» mahnısını portuqal radiosunda aprelin 24-də saat 22:55-də səsləndirməklə, inqilabın başlanması haqqında siqnal verildi. Aprelin 25-i saat 00:20-də isə başqa bir melodiya Zeka Afonsonun (Zeca Afonso)  «Grandola, vila Morena» musiqisi səsləndirildi, inqilabı dayandırmamaq lazım olduğu bildirildi. Altı saat sonra dörd nəfərin həyatını aparan və Qərənfil inqilabı adlandırılan, 25 aprel inqilabı baş tutdu.
1993: Avroviziya ölkələrin azadlığını təsdiqlədi
1991-ci ildən başlayaraq Balkan yarımadasında Yuqoslaviyadan ayrılmaq istəyən bir neçə ölkə arasında vuruşmalar gedirdi. Lakin 1991 və 1992-ci il Avroviziyalarında heç bir təsiri hiss edilməyən bu hadisə 1993-cü ildə özünü göstərdi. Yarışmada artıq Yuqoslaviya deyil, Xorvatiya, Sloveniya, Bosnya və Hersoqovina iştrak edirdi.  Məhv Bosniyanın Fazla Band qrupu hərfi mənada  snayper atəşlərindən qaçaraq, ordunun yardımı ilə Sarayevodan çıxaraq yarışmaya qatılmışdı. “Biz buraya gəlmək üçün həyatımızla risk edirdik”, - Aftonbladet qəzetinə müsahibəsində müğənni Muhammed Fazlgic bildirmişdi.
«Sva bol sviejeta» (“dünya bu axşam Bosniyayladır” sətrinin də yer aldığı) mahnısı müharibə haqqında idi. 2016-cı ildə BBC-yə müsahibəsində Fazlagic onların müsabiqədə iştrakının siyasi tərəfini qeyd edirdi:
“Biz özümüzün müsatəqilliyimizi göstərdik, onu sübut etdik. Biz Bosniyanı beynəlxalq səviyyədə təmsil edən ilk insanlar olduq. Biz ölkənin mövcud olduğunu isbat etdik”.
2005: İsrailin çıxışını yayımlamaq istədikləri üçün diskvalifikasiya
2005-ci ildə Livan ilk dəfə yarışmada iştirak etməli idi. Artıq mahnı və müğənni də seçilmişdi.
Lakin Livan teleşirkəti yarışmanı İsrailin çıxışı olmadan yayınlamaq istəyirdi. Bu isə yarışmanın qaydalarına ziddi idi. İştirak üçün Livan yarışmanı tam şəkildə yayımlamalı, öz tamaşaçılarına İsrailə səs vermək imkanı da verməli idi.
İbrahim Huri – teleşirkətin rəhbəri “Mən bunu edə bilmərəm. Livan İsraillə müharibə şəraitindədir və əgər İsrail qalib olarsa, biz onların qələbəsini göstərmək məcburiyyətindəyik” dedi və beləcə yarışmada iştirakdan imtina etdilər.
Avroviziyanın rəsmi veb səhifəsində yazılanlara görə, bu Livan qanunları ilə qadağandır: “Biz onlara yarışmanı tam şəkildə yayımlamalı olduqlarını bildirdiyimizdə onlar iştirakdan imtina etmək qərarına gəldilər”, - deyə BBC-yə müsahibəsində layihənin Avropa Yayın Birliyindəki (AYB) o zamankı rəhbəri Svante Stokelius (Svante Stockselius) bildirib.
Bu səbəbdə AYB Tele Liban şirkətini cərimələdi və üç il müddətinə yarışmada iştrakına qadağa qoydu. O zamandan bəri Livan bir dəfə belə olsun yarışmaya qatılmaq barədə müraciət etməyib.
2007: Tənqidlər olan sətirləri psevdodillə əvəz etdilər – mahnı yarışmaya buraxıldı
Verka Serduçka (Верка Сердючка) 2007-ci ildə Ukraynanı rusların blok etmək istədiyi “Dancing” mahnısı ilə təsil edirdi. Müğənni mahnıda bir sətri ifa edirdi ki, o, asanlıqla Rusiyaya qarşı tənqid kimi qəbul edilə bilərdi: “Russia goodbye”.
Lakin mahnının AYB-yə təqdim olunmuş original mətnində bu “Lash Tumbai” olaraq yazılmışdı – uydurulmuş iki söz. Sonradan mahnın adı belə “Dancing lasha tumbai” olaraq dəyişdirildi.
Mahnı yarışmaya buraxıldı, ikinci yeri qazandı.
2009: Siyasi mətni maskalaya bilmədilər və yarışmadan uzaqlaşdırıldılar
Gürcüstan iştrakçılarının bəxti Verka Serduçka qədər gətirmədi. "Stephane & 3G"  qrupu “We don't wanna put in” mahnısı ilə çıxış etməli idilər.  İfa zamanı o zaman baş nazir olan Putinin bostanına samballı daş - “biz Putini istəmirik” - aydın eşidilirdi. AYB mahnının qaydalara uyğun olmadığını bildirdi. Gürcüstan iştrakçılarını mahnının sözlərini dəyişmək istəməməsi onların yarışmadan uzaqlaşdırılmasına gətirdi.
“Bizim mahnımızda pis heç nə yoxdur. Bütün normal demokratik ölkələrdə onu zərərsiz zarafat kimi qəbul edərdilər”, - deyə müğənni Stefan "Daily Telegraph"a bildirir.
2009: Lazım olan ölkəyə səs vermədilər – polisə düşdülər
2009-cu ildə  43 nəfər qonşu Ermənistana səs verirlər. Bu iki ölkənin müharibə şəraitində olması Azərbaycan Müdafiə Nazirliyinin bu şəxsləri nəzarətə almasına səbəb olur.
“Onlar dedilər ki, söhbət milli təhlükəsizlikdən gedir. Onlar mənə psixoloji təzyiq göstərməyə çalışırdılar, “sənin milli mənliyin yoxdur” deyirdilər”, - deyə sorğu-sual edilənlərdən biri Azadlıq Radiosuna bildirib, deyə Guardian qeyd edir.
2012: Ermənistan yarışmanı prezidentin təhdidlərinə görə tərk etdi
2012-ci ildə Avroviziyanın Azərbaycanda keçirildiyi zaman Ermənistan yarışma başlamadan bir neçə ay əvvəl Azərbaycanda öz yarışçılarının təhlükəsizliyə zəmanət olmadığına görə iştrakdan imtina etdi.
Azərbaycan prezidenti İlham Əliyev fevral ayında öz çıxışında bildirir: “Bizim əsas düşmənlərimiz - ermənilərdir”.
Bu Ermənistan iştakçısının müraciətini geri çəkməyə məcbur edir. Əsas səbəb olaraq isə “Azərbaycanın bütün iştakçıların təhlükəsizliyə zəmanət verməsinə baxmayaraq, Azərbaycan prezidenti bir neçə gün əvvəl bildirir ki, Azərbaycanın əsas düşməni –ermənilərdir” göstərilir.
Beləcə teleşirkət yarışmada iştrakdan imtina edir. Lakin, bu imtina gec olduğuna görə AYB onları cərimələməklə qalmayaraq, gələcəkdə yarışmada iştrak üçün finalı tam şəkildə yayımlamalı olduğunu bildirir.
2012: Canlı yayında çevriliş
Kağız üzərində Azərbaycan demokratiya ola bilər, lakin, insan hüquqları və söz azadlığında irəliləyiş əldə etməsinə hələ çox var. 2012-ci il Avroviziyadan əvvəl, Bakıda minlərlə ailə yeni arenanın tikilişi üçün qanunsuz olaraq zorla öz evlərindən çıxarıldı.
Bu barədə Azərbaycan televiziyası ilə bərabər rejimə yaxın digər media orqanları sussa da, Alman teleaparıcı Anke Engelke (Angke Engelke) susmadı. Nəticələri açıqlamadan əvvəl “Bu axşam heç kim öz ölkəsinə səs verə bilməz, lakin heç olmasa səs verə bilmək və seçə bilmək imkanına sahib olmaq yaxşı şeydir. Səyahətində sənə uğurlar, Azərbaycan. Avropa səni izləyir!” dedi.
2013: Azərbaycan səsləri saxtalaşdırmaqda ittiham edildi – 2011-ci ildə qələbə alınmışdımı?
2013-cü il Malmödə Avroviziyanın finalından sonra Litva xəbər saytı 15min.lt səslərin alınmasını ilə bağlı hiyləgər planı əks etdirən videonu təqdim etdi. Məqsəd: Azərbaycanı qələbəyə aparmaq.
Fərid Məmmədov, Azərbaycanlı müğənni yarışmada ikinci yeri tutdu. AYB səslərə müdaxilə olduğunu göstərən heç bir sübut tapılmadığını bildirdi.
Daha sonra həmin başqa bir ölkənin nümayəndəsi anonimlik şərti ilə, Azərbaycanın səslər qarışılığında böyük məbləğdə pul təklif olunduğunu dedi. AYB yenə heç bir sübut tapılmadığı, qaydaların daha da sərtləşdirildiyini  bildirdi. Artıq bütün jüri üzvlərinin adı elan edilir, onların şəxsi qiymətlənirilməsi yarışmadan sonra dərc edilir.
Azərbaycan ittihamdan sadəcə iki il əvvəl gözlənilmədən telefon səsələrinin və jürilərin səslərini almaq cəhdləri ilə El və Nikki “Running sceared” mahnısı ilə qalib olmuşdu. Pərdə arxasında bu qələbənin hələ də real və ya alınmış olduğu müzakirə edilir.
2014 və 2015: Rus müğənnilər fitə tutulur
Tolmaçev əkiz bacıları 2014, Polina Qaqarina isə 2015-ci ildə jürinin və tamaşaçıların səsləri hesabına finala geçdilər. Lakin onlar hər iki halda fitə tutuldular. Səbəb isə ifa etdikləri mahnının pis olması deyildi. Səbəb, onların Rusiyanı təmsil etməsi idi. Mariya və Anastasiya Tolmaçevanın Kopenhagendəki çıxışı zamanı narazılıqlar Rusiya-Ukrayna münasibəti idi. Bundan əlavə yarışmanının iştakçıları arasında olan LGBT nümayəndələri çox vaxt Rusiyada LGBT üzvləri ilə sərt davranılmasına qarşı etirazlarını bildirirlər.
2015: Mahnının etiraza çağırmadığına etiraz etdilər
Azərbaycan və Ermənistan arasındakı münaqişə 2015-ci ildə erməni televiziyasının yarışmaya “Do not deny” (inkar etmə) mahnısı görməyə qərar verdiyində yenidən alovlandı.
Azərbaycan televiziyası nümayəndələri mahnının Azərbaycan və Türkiyə tərəfindən qəbul edilməyən 1915 erməni genosidinə işarə etdiyini hesab etdilər. Ermənistan mahnının adını “Face the shadows”a dəyişdiyində AYB onu qəbul etdi. Lakin, mahnının sözlərinə heç bir dəyişiklik edilmədi, ifa zamanı bir neçə dəfə “Do not deny” ifadəsi təkrarlandı.
2016: Münaqişə haqqında oxuyur və qalib olur
Rusiya və Ukrayna arasındakı gərginlik 2016-cı il Avroviziyasında hiss olunurdu. O zaman Camala “1944” mahnısı ilə krım tatarlarının ruslar tərəfindən deportasiyası haqqında ifa edən ukraynalı müğənni yarışmada qalib oldu. Ruslar tərəfindən mahnı iki il əvvəl Krımın Rusiyaya birləşdirilməsindən sonrakı maskalanmış tənqid olaraq qəbul edildi.
Camala isə öz ailəsinin hekayəsi haqqında oxuduğunu bildirdi.
2017: Rus müğənni yarışmaya buraxılmadı – Rusiya ümumiyyətlə iştrak etmək istəyirdimi?
2017-ci ildə Rusiya Yuliya Samoylovanın Ukraynaya girişinə qadağa qoyulmasına, bununla da yarışmada iştrak edə bilmədiyinə görə qəzəblidi.
Hər iki tərəfin tənqidlərindən sonra isə Rusiyanın bu yarışmada ümumiyyətlə iştrak etməyi planlaşdırmadığı məlum oldu. Avroviziya nümayəndəsi alman Der Tagesspiegel qəzetinə müsahibəsində bildirib ki, Rusiya deleqasiyası digər 42 ölkə iştrakçıları kimi Kiyevdə məşqlər, yarımfinal və final üçün yer bron etməyib. ZDF alman telekanalının nümayəndəsi Frank Diter Fraylinqin (Frank-Dieter Freiling) sözlərinə görə, onlar martın 13-də delegasiyaların məcburi görüşündə iştrakdan imtina ediblər:
"Necə olursa olsun, bizə yaxşı məlumdur ki, Ukraynanın qərarından əvvəl Rusiya nümayəndə heyəti görüşdən imtina edib, digərlərindən fərqli olaraq yer bron etməyib".
ZDF alman telekanalının nümayəndəsi Frank Diter Fraylinqin (Frank-Dieter Freiling) sözlərinə görə, onlar martın 13-də delegasiyaların məcburi görüşündə iştrakdan imtina ediblər:
“Necə olursa olsun, bizə yaxşı məlumdur ki, Ukraynanın qərarından əvvəl Rusiya nümayəndə heyəti görüşdən imtina edib, digərlərindən fərqli olaraq yer bron etməyib“.
Tərcümə: Ulduz
Abzas.net

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun