1000-dən artıq miqrant Liviya sahillərindən xilas edilib

1000-dən artıq miqrant Liviya sahillərindən xilas edilib
17 Aprel 2017
Mətni dəyiş
Bazar günü Liviya sahillərindən xilas edilən 1000-dən artıq miqrant İtaliyanın Siciliya adasına gətirilib. Miqrantları daşıyan Almaniya hərbi gəmisi onları Kataniya limanında endirib.
Bununla bu il ərzində İtaliyaya gələn miqrantların ümumi sayı 29 000-ə çatıb. Avropa hərbi gəmiləri və xeyriyyə təşkilatları tərəfindən xilas edilən miqrantların əksəriyyəti Cənubi Saharanın yoxsul ərazilərindəndir.
BMT-nin miqrasiya idarəsinin verdiyi məlumata görə, keçən həftə Avropaya gələn miqrant və qaçqınların sayı 31 993 nəfər olub. Onların 80 faizi İtaliyada, digərləri isə İspaniya və Yunanıstanda məskunlaşıb.
Keçən ilin ilk 97 günü əzrinzə Avropaya daxil olan 172 774 miqrantla müqayisədə builki rəqəm xeyli aşağı olsa da, köçürülmə zamanı həyatını itirmiş insanların sayı hər iki ildə təxminən eyni olub.
Havanın isinməsi ilə miqrantların sayının artması gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun