Rusiyada bankda partlayış olub

Rusiyada bankda partlayış olub
1 Mart 2017
Mətni dəyiş
Kalininqrad ətrafında yerləşən Baltiysk şəhərində martın 1-də “Sberbank”ın yerli bölməsinin binasında partlayış olub.
“Report”un TASS-a istinadən verdiyi xəbərə görə, bunu bankın regional bölmənin baş ofisindən bildiriblər.
Məlumata görə, xəsarət alan olmayıb, bankdan pul itməyib.
Güc strukturları hadisə ilə bağlı rəsmi açıqlama verməkdən hələlik imtina edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun