Raşmor dağında sirli otaq

Raşmor dağında sirli otaq
6 Mart 2017
Mətni dəyiş
ABŞ-da ən məhşur məkanlardan biri olan Raşmor dağı onilliklərlə öz az tanınan gizli sirrini saxlayıb.
Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Abraham Linkoln kimi ABŞ prezidentlərini təsvir edən nəhəng daş heykəlin içərisində gizli otaq tapılıb.
[caption id="attachment_27144" align="alignnone" width="650"] Raşmor dağında sirli otaq[/caption]
ABŞ-ın Azərbaycandakı səfirliyi facebook səhifəsində yazır ki, Abraham Linkolnun başının arxasında yerləşən gizli otaq ABŞ-ın tarixi sənədlərlə dolu zalı kimi xidmət etmək üçün nəzərdə tutulubmuş.
1927-1941 illərdə abidənin tikintisi zamanı heykəltaraş Gutzon Borglum məhşur qranit simaları müşayiət edən daha böyük otaq düzəltməyi planlaşdırırdı. Lakin, Gutzon bu otağın tikintisi başa çatana kimi vəfat edir və otaq onilliklər ərzində yarımçıq şəkildə qalır. Buna baxmayaraq 1990-cı illərdə otağın tikintisi nəhayət başa çatdırılır və otaq Amerikanın tarixi, İstiqlal Bəyannaməsi və ABŞ Konstitusiyasını əhatə edən sənədlər toplusu ilə doldurulur.
[caption id="attachment_27145" align="alignnone" width="650"] Raşmor dağında daş heykəllər[/caption]
“Ümid edilir ki, minlərlə illər keçəndən sonra gələcək nəsil bu sirli otağa rast gələrək Amerika tarixi haqqında daha ətraflı öyrənmək imkanı əldə edəcək”, səfirlik qeyd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun