Öldürdünüz - Kənan Qasımlı

Öldürdünüz - Kənan Qasımlı
15 Mart 2017
Mətni dəyiş
Kənan Qasımlı
Qeyri-döyüş şəraitində əsgərlər ölür, əsgərdir, vurular dediniz...
Həkim ehtiyatsızlığına görə xəstələr ölür, xəstədir, ölər dediniz...
Laqeydliyə görə neftçilərimiz ölür, küləkdir, əsər dediniz...
Özbaşınalıqdan sərnişinlər ölür, qəzadır, olar dediniz...
Qarabağ qaziləri özünü yandırır, qəzəbdir, yandırar dediniz...
Polis zorakılığından vətəndaşlar ölür, qanundur, zorlar dediniz...
Səhlənkarlıqdan fəhlələr ölür, əşi, işdir olar dediniz...
Dəm qazından sakinlər ölür, zəhərlidir, boğar dediniz...
Soyuqdan kasıblar ölür, işıqdır, sönər dediniz...
Acından insanlar ölür, məmurdur, yeyər dediniz...
Dediniz, dediniz...
Bir dəfə də vurmasın, öldürməsin, əsməsin, olmasın, yandırmasın, zorlamasın, boğmasın, yeməsin deyin... Ölməsin deyin!
Çığırdım, hayqırdım, ağladım, qışqırdım... Heçnə demədiniz... Birdən aranızdan biri sakit səslə, pıçıldadı, "oyaqdır"... Və hamınız uca bir səslə OYAQDIR, YATAR dediniz...
Sonra getdiniz... Onlar isə ölməyə davam edir...
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun