Gürcüstanda 5,1 bal gücündə zəlzələ olub

Gürcüstanda 5,1 bal gücündə zəlzələ olub
13 Mart 2017
Mətni dəyiş
Gürcüstanın Cənubi Osetiya bölgəsində Rixter cədvəli ilə 5,1 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar 40 kilometr dərinlikdə qeydə alınıb.
Hadisə nəticəsində itki və ya dağıntıların olmadığı bildirilir. Zəlzələ az hiss olunub.
Qeyd edək ki, Cənubi Osetiya seysmik fəal bölgədə yerləşir. Burada 1991 və 2009-cu illərdə dağıdıcı zəlzələlər baş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun