Daha bir marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək

Daha bir marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək
13 Mart 2017
Mətni dəyiş
Paytaxtda 4 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin hərəkət trayektoriyası dəyişdiriləcək.
Abzas.net xəbər verir ki, dəyişikliyə əsasən, akademik Həsən Əliyev, Ceyhunbəy Hacıbəyli küçələri, eləcə də Atatürk prospektində yaşayan sakinlərin 4 nömrəli müntəzəm marşrut xəttindən istifadə etməklə "Montin" qəsəbəsi, metronun "N.Nərimanov" və "Ş.İ.Xətai" stansiyalarına rahat gediş-gəlişi təmin ediləcək.
Bu marşrut xətti üzrə avtobuslar metronun "Ş.İ.Xətai" stansiyası istiqamətində hərəkət edərkən F.Xoyski küçəsindən Atatürk prospektinə, daha sonra akademik H.Əliyev və C.Hacıbəyli küçələrindən keçməklə yolunu davam etdirəcək.
4 nömrəli müntəzəm şəhərdaxili marşrut xətt avtobusları 20 mart tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun