"Brexit"in başlanacağı tarix məlum olub

"Brexit"in başlanacağı tarix məlum olub
11 Mart 2017
Mətni dəyiş
Böyük Britaniyanın baş naziri Tereza Mey martın 14-də Krallığın Avropa İttifaqından rəsmən çıxma proseduruna start verə bilər.
"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Nəşrin məlumatına görə, prosedurun tez bir zamanda başlanmasına Nazirlər Kabineti təkid edir.
Martın 13-də Britaniya Parlamentinin Lordlar palatası lordlar tərəfindən "Brexit" prosedurunun başlamasına dair qanun layihəsinə edilən dəyişiklikləri nəzərdən keçirməyi planlaşdırır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun