Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib

Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib
10 Mart 2017
Mətni dəyiş
Futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilib.
"Report"un məlumatına görə, 8 qarşılaşmadan 3-ü heç-heçə ilə nəticələnib.
Özü də bu oyunlarda eyni nəticə qeydə alınıb - 1:1. Belə heç-heçələrdən birinə Türkiyənin yeganə təmsilçisi "Beşiktaş" Yunanıstanda "Olimpiakos"la görüşdə nail olub. Rusiyanın "Rostov" komandası "Mançester Yunayted" kimi rəqiblə matçda buraxdığı qolun əvəzini çıxa bilib. Almaniya təmsilçiləri "Şalke" və Münhenqladbax "Borussiya"sı da bir-biri ilə görüşdə hərəyə bir dəfə fərqlənib.
Qalan oyunlardan 3-də meydan sahibləri, 2-də isə qonaqlar üstün olub. Belçika təmsilçiləri "Gent" və "Genk" arasındakı görüş 7 qol, 1 qırmızı vərəqə ilə yadda qalıb. "Lion" Fransada "Roma"nı, "Kopenhagen" Danimarkada "Ayaks"ı, "Selta" isə İspaniyada "Krasnodar"ı yenib. Qrup mərhələsində "Qəbələ" ilə eyni qrupda yer almış "Anderlext" isə Kirpdə APOEL-i minimal hesabla məğlub etməyi bacarıb.
Cavab görüşləri martın 16-da keçiriləcək.
Avropa Liqası
1/8 final mərhələsi, ilk oyunlar
9 mart
22:00 "Kopenhagen” (Danimarka) – "Ayaks” (Hollandiya) - 2:1
Qollar: Rasmus Falk, 1. Andreas Kornelius, 60 - Kasper Dolberq, 32
Baş hakim: Artur Diaş (Portuqaliya)
22:00 APOEL (Kipr) – "Anderlext” (Belçika) - 0:1
Qol: Nikolae Stançu, 29
Baş hakim: Manuel de Souza (Portuqaliya)
22:00 "Rostov” (Rusiya) – "Mançester Yunayted” (İngiltərə) - 1:1
Qollar: Aleksandr Buxarov, 53 - Henrik Mxitaryan, 35
Baş hakim: Feliks Tsvayer (Almaniya)
00:05 "Gent” (Belçika) – "Genk” (Belçika) - 2:5
Qollar: Samuel Kalu, 27. Kalifa Kulibali, 61 - Ruslan Malinovski, 21. Omar Kolli, 33. Mbvana Samata, 41; 72. Yere Uronen, 45+2
Baş hakim: Paolo Talyavento (İtaliya)
00:05 "Lion” (Fransa) – "Roma” (İtaliya) - 4:2
Qollar: Muxtar Diaxabi, 8. Korentin Tolisso, 47. Nabil Fekir, 74. Aleksandr Lakazet, 90+2 - Mohamed Salah, 20. Federiko Fazio, 33
Baş hakim: Entoni Teylor (İngiltərə)
00:05 "Selta” (İspaniya) – "Krasnodar” (Rusiya) - 2:1
Qollar: Daniel Vass, 50. Klaudio Bovu, 90 - Viktor Klaesson, 56
Baş hakim: Kreyq Tomson (Şotlandiya)
00:05 "Olimpiakos” (Yunanıstan) – "Beşiktaş” (Türkiyə) - 1:1
Qol: Esteban Kambiasso, 36 - Vensan Abubakar, 53
Baş hakim: Danni Makkeli (Hollandiya)
00:05 "Şalke” (Almaniya) – "Borussiya” (Mönhenqladbax, Almaniya) - 1:1
Qollar: Quido Burqstaller, 25 - Yonas Hoffman, 15
Baş hakim: Byorn Keypers (Hollandiya)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun