Avropa komissarı və beynəlxalq QHT Mehman Hüseynovun azadlığını tələb edir

Avropa komissarı və beynəlxalq QHT Mehman Hüseynovun azadlığını tələb edir
4 Mart 2017
Mətni dəyiş
Avropa Şurası insan hüquqları üzrə komissar Nils  Mujnieks Tvitterdəki mikrobloqunda bloger Mehman Hüseynovun barəsində hökmü pisləyib. O, hakimiyyəti tənqid edənlərə qarşı repressiyalaya son qoymağa və blogeri azad etməyə çağırıb.
“Sərhədsiz reportyorlar” təşkilatı da analoji reaksiya verərək M.Hüseynovun dərhal azadlığa buraxılmasını tələb edib.
Turan agentliyinə məlum olub ki, beynəlxalq hüquq-müdafiə təşkilatları koalisiyası Mehman Hüseynovun işi üzrə ümumi bəyanat hazırlayırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun