ABŞ Senatı Monteneqronun NATO-ya daxil olmasını dəstəkləyib

ABŞ Senatı Monteneqronun NATO-ya daxil olmasını dəstəkləyib
29 Mart 2017
Mətni dəyiş
ABŞ senatı NATO-nun genişləndirilməsi barədə müqaviləni və Monteneqronun alyansa daxil olmasını təsdiqləyib.
"Associated press" agentliyinin məlumatına görə, Monteneqronun əlehinə 98 senat, əleyhinə isə 2 nəfər səs verib.
Kentucky ştatından olan senator Rand Paul qərarın əleyhinə səs verərək Rusiya ilə münasibətlərin gərginləşəcəyindən və hətta müharibənin başlanacağından çəkindiyini söyləyib.
Rusiyanın keçmiş müttəfiqi - Monteneqro hazırda Rusiyanın və Qərb ölkələrinin Balkanlarda qarşıdurma mərkəzinə çevrilib, "Associated press" belə yazır.
ABŞ-ın dövlət katibi Rex Tillerson senatorları Monteneqronun NATO-ya daxil olmasını tez təsdiqləməyə səsləyib. Mayın sonunda Brüsseldə NATO-nun üzvü olan ölkələrin sammiti keçiriləcək.
Monteneqronun NATO-ya daxil olmasını ABŞ prezidenti Donald Trump da dəstəkləyib.
İndi isə Trump bu qərarı rəsmən təsdiq etməlidir. NATO-ya daxil olan 25 ölkə artıq Çernoqoriyanın alyansın sıralarına daxil olması qərarını təsdiqləyib. Rusiya isə NATO-nun genişləndirilməsinin əleyhinədir.
Monteneqro NATO-ya üzv olan 29-cu ölkə olacaq. Bu ölkənin NATO-ya daxil olması istiqamətindıə danışıqlar 2015-ci ildən başlanıb.
620 min əhalisi olan Monteneqro 2006-cı ildə referendum yolu ilə Serbiyadan ayrılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun